Qisas ( hekayə )

27 07 2008

 

 

     Günəş ağır-ağır qürub edirdi. Sanki göy üzünə qan çilənmişdi. Od parçası kimi torpağın yaralı köksünə tökülmüş xəzəllər də qan rəngində idi. Bərk külək əsirdi. Payız küləyi. Ölümün qəhqəhəsi idi, sanki külək.

      Dağ döşündən başlanan meşənin seyrəkliyində, külək əsdikcə budaqları yorğun-yorğun yırğalanan çılpaq ağacın altında bir qoca canavar qulaqlarını  şəkləyib oturmuşdu. Ac heyvanın burun pərdələri titrəyirdi. Qan iyi almışdı. Amma iştahası qaçmışdı. Qorxu içində idi. Hardansa uzaqdan gələn qarmaqarışıq və vahiməli səslər heyvanı, sanki tilsimləmişdi.Yerindən tərpənə bilmirdi. Həmin bu qarmaqarışıq və vahiməli səslər getdikcə fəryada  çevrilirdi. Canavar, sanki duymuşdu ki, o fəryad kəsilmiş başların, əllərin, ayaqların, diri-diri basdırılmış insanların, üst-üstə yığılmış meyitlərin, çürüyən  cəsədlərin fəryadları, ruhların fəryadı, küləyin, torpağın  fəryadıdır!

     Yandırılmış evlərin divarlarından qara tüstü qalxırdı havaya. Yandırılmış  evlərin başına dolanaraq  üsyan edən, narahat ruhların göyə açılmış əlləri kimi ta Allaha doğru  uzanırdı qara tüstü, sonra göyün yaxasından bərk-bərk yapışıb, buluda çevrilirdi, sonra ağlayırdı, ağlayırdı….. Yazının ardını oxu »








Follow

Get every new post delivered to your Inbox.