
Tanınmış erməni alimi, hüquq elmləri doktoru AğasıYeseyan hadisələrə, olanlara və olacaqlara təkan verən çox maraqlı etiraf edir. O deyir: Hələ 1917-ci ilədək beynəlxalq siyasətdə ermənistan deyəndə ancaq və ancaq Türkiyə ermənistanı nəzərdə tutulurdu, ta ki, bir il sonraya, yəni 1918-ci ilə kimi. Bu bir il ərzində görəsən nə dəyişdi, yəni bu bir il vaxt o təxribatlara vəhşicəsinə planlanmış hadisələrə, qısacası on minlərlə günahsız insanları qətlə yetirib, sonda bizim üçün dəhşətli bir soyqırım, o dasnak ermənilər üçün isə unudulmaz bir qələbə, bir uğura səbəb oldu. Deməli, bir il onlara yetdi. Çox maraqlıdır, görəsən, necə?- deyəcəksiniz, indi bilirəm – elə bu hadisələr məni də düsündürür, həm də çox …bütün bu düşüncələr məni bu sahədə etdiyim araşdırmalardan, orda rast gəldiyim maraqlı detallardan və faktlardan yan keçməyə, hətta yatmağa belə qoymur. Və qoymayacaq da, o zamana qədər ki, bizim olan bizə qayıdacaq və o zamana qədər ki, bala torpağımız ana vətənin qoynunda uyuyacaq və səhəri onunla birgə açacaq.. düşünürəm ki, ermənilər bu faciəni bizə yaşatmaq üçün çox maraqlı sistem qurduqlarını zənn ediblər, amma, düşünməyiblər ki, qurduqları iş, sistemləşmiş planı, o planla məqsədə gedəcək yolları, o yollarda yürüyəcək addımları, addımlardan qalan ayaq izlərini və nəhayət, hər şeyi üzə çıxarmaqla yanaşı, yazarlarının dilindən və qələmindən açığa çıxarmağı və dünya ictimaiyyətinə də özlərinin vəhşi olmaqlarını utanmadan bildirmələri, sadəcə, çox maraqlıdır. Etdikləri etiraflar isə bir həqiqət! Maraqlıdır ki, onların özlərinin dəqiq mənşəyi haqqında belə təsəvvürləri yoxdur. Bunu mən demirəm, bunu o deyir – erməni alimi Manuq Abeqyan. O, ermənilərin dumanlı keçmişi haqqında belə bir nəticəyə gəlmişdi. Erməni xalqının mənşəyi nədir? Onlar necə və nə vaxt, haradan və hansı yollarla bu yerlərə gəlmişlər? Erməni olmamışdan əvvəl və sonra hansı tayfalarla əlaqədar olmuşlar, onların dilinə və etnik tərkibinə kim, necə təsir göstərib? Bizim əlimizdə bu məsələləri təsdiq edən mötəbər və dəqiq dəlillər yoxdur. Maraqlıdır ki, bu fikri Qərbi Azərbaycanda tarixən erməni dövlətlərinin olmadığını tanınmış erməni alimi B.İşxatyan da etiraf etmişdi. O yazrdı ki, ermənilər, həmçinin, Qafqaz ərazisinin müxtəlif hissələrində yalnız son əsrlər ərzində yayılmışdı…Bu etirafları onların qələmindən sizə çatdırmağı özümə borc bildim – Vətən borcu. Daha sonra ermənilərin soyqırıma haradan və necə hansı yollarla başlamalarını öyrənmək üçün babamın kitabxanbasını araşdırdım. Əlimə maraqlı detallar keçdi, sən demə, onlar ilk öncə müharibəyə erməni daşnak birliyinin iştirakı ilə Bakının müxtəlif rayonlarında mitinqlər və yığıncaqlar keçirməklə başladılar. Yazının ardını oxu »


Ən son şərhlər