Erməni vandalizmi
Azərbaycan Cənubi Qafqazın və Ön Asiyanın ən qədim zəngin tarix və mədəniyyətinə malik bir ölkəsidir. İki milyon ildən çox bir dövrü əhatə edən qədim Azərbaycan tarixinin hər bir səhifəsi çox qiymətli hadisələrlə zəngindir.Bu zəngin tarixi irs isə ümumiləşdirilmiş şəkildə xalqımıza yalnız XX əsrin II yarısında və XXI əsrin başlanğıcında çatdırılmışdır.
Bildiyimiz kimi, Azərbaycan XIX əsrin əvvəllərində Rusiya-İran arasında şimali və cənubi olmaqla iki yerə bölünmüş, Sovet hakimiyyəti dövründə isə bu terminlər aradan götürülüb “Sovet Azərbaycanı” adı ilə əvəz edilmişdi.
1918-ci il 28 mayda Şərqdə və Azərbaycan xalqının tarixində ilk dəfə Parlamentli Respublika (ADR) yaradılsa da, gərgin ictimai və siyasi şəraitdə ADR cəmi 23 ay fəaliyyət göstərə bildi.
Lakin Sovet hakimiyyəti dövründə də torpaqlarımıza qarşı təcavüz sona yetmədi. Belə ki, ərazilərimizin 26 min km2-i yeni yaradılan Ermənistan Sovet Respublikasının tərkibinə daxil edildi. 1947-53-cü illərdə 600 minə yaxın Azərbaycan türkü dədə-baba torpaqları olan Qərbi Azərbaycandan məcburi surətdə köçürülmüşdür. Yenidən 1988-ci ildə yerdə qalan 250 minə yaxın azərbaycanlı öz torpaqlarından deportasiya olundu. Beləliklə də, ermənilər öz ali məqsədləri-mono-etnik dövlət qurmaq yolunda irəliyə doğru daha bir addım atmış oldu.
1991-ci ildə Sovet imperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan etdi. Bu zaman isə Ermənistanın Azərbaycana qarşı torpaq iddiaları daha da artdı. 1990-94-cü illərdə Rusiya hərbi birləşmələrinin köməyilə Azərbaycan Respublikasının tərkib hissəsi olan, 4400 km2-lik bir sahəni əhatə edən “Dağlıq Qarabağ Muxtar Vilayəti”ni tamamilə işğal etdi.Eyni zamanda, ətraf rayonlar da işğal edilərək, əhaliyə dəhşətli işgəncələr verildi. Kimi diri-diri yandırıldı, kiminin dərisi soyuldu, gözləri çıxarıldı və s. bundan da ağır, bundan daha çox acı verən cinayətlər törədildi. Amansız ermənilər nəinki, qocaya, uşağa, hətta hamilə qadınlara belə rahm eləmədilər. Günahsız insanları əzab verə-verə öldürdülər, həm də yaxınlarının gözü qarşısında. Zərrə qədər olsa da belə, onlara acımadılar, tam əksinə, elədiklərindən zövq alırdılar. Yazının ardını oxu »



Ən son şərhlər