Real erməni tarixi

27 07 2008

 

 

Daim qondarma “Böyük  Ermənistan” ideyaları ilə yaşayan və bunu dünya ictimaiyyətinə qəbul etdirməyə can atan mənfur qonşu xalq daim bu yolda öz yalanlarını işə salmağa çalışmışlar. Amma bəzi “uğurlarına baxmayaraq”  yaslançı ideyalar heç də həmişə öz müsbət nəticəsini verməmişdir. Yaydığı “faktlara” özləri belə inanmayan ermənilər zaman-zaman tarixi gerçəkliyi və düşdükləri şəraiti anlayan yerli siyasət və elm adamları tərəfindən ifşa olunmuşdur. Özlərinin keçmişini, mənsubiyyətini, kökünü bilməyən bu xalq öz əsillərini hetlər, hürrilər, urartu kimi qədim türk tayfaları ilə bağlamaq istəyinə özləri belə özlərini layiq saymamışlar. Elə erməni tarixçisi Nalbəndyanın təsdiq etdiyi kimi erməni xalqı Dəclə və Fəratın yuxarı axarlarında olmuş bu ərazilərin aborigenləri isə hetlər, hürilər, urartulular kimi yüksək inkişaf etmiş xalqları saymışdır. Digər erməni tarixçisi Manuk Abeqyan isə bu fikirləri daha da genişləndirərək ətraflı məlumat verir: “erməni xalqının mənşəyi nədir? Onlar necə, və nə vaxt, haradan və hansı yollarla bu yerlərə gəlmişlər, erməni olmamışdan əvvəl və sonra hansı tayfalarla əlaqədar olmuşlar, onların dilinə və etnik tərkibinə kim necə təsir göstərib?-sualları ilə belə nəticəyə gəlir ki ermənilərin əlində bu məsələləri təsdiq edən mötəbər və dəqiq dəlillər yoxdur.”

Əlbəttə ermənilərin “etnogenezisinə” dair çox fakt və mənbələri misal göstərmək olar. Lakin elə bu sadalanan faktların məhz erməni tədqiqatçısının dilindən söylənməsi fikrimcə ən tutarlı göstəricidir.

Ermənilərsə daim öz nankorluqlarına sadiq qalmaqda davam etmiş, onları öz ərazisində məskunlaşmasına izn verən və həmişə hüquqlarını qorumağa çalışan böyük türk xalqının nümayəndələrinə nifrət bəsləmiş və öz çirkin əməllərini əsirgəməmişlər. Daima öz torpaqlarında ermənilərə sığınacaq vermiş və onlara gəlmə xalq olduğunu hiss etdirməməyə çalışan Azərbaycan xalqı təkcə son əsrdə dəfələrlə kütləvi qırğınlara məruz qalmışdır. 1905-1907-ci illərdə baş vermiş qırğından çox keçməmiş, 1918-ci ildə sentyabr ayına qədər davam etmiş 80 minə qədər qeyri-erməninin kütləvi qırıldığı zamanlar yenə də tezliklə barışıq oldu və elə bəlkə də bu unutqanlığımızdan istifadə edən ermənilər növbəti addımı ataraq, 1948-1953-cü illərdə Azərbaycan torpaqları hesabına qurulmuş Ermənistandan azərbaycanlıları deportasiya etdirməyə nail oldular. Yenə də elə erməni mənbələri daşnak hakimiyyəti dövründə ümumilikdə 35,5% əhalinin azaldığını göstərirlər ki, bunun da 77%-ni türklər, 98%-ni kürdlər, 40%-ni digər millətlərin olduğunu göstərmişdir. Digər erməni müəllifi Zaven Korkodyan isə bu dövrdə 575000 azərbaycanlıdan 565000 nəfərinin öldürüldüyünü yaxud da didərgin salındığını bildirmişdir. Təbii ki, burada yalnız azərbaycanlılar deyil, əsas diqqət qeyri-ermənilərin məhv olunmasına yönəldilmişdi.

Amma ermənilər öz ərazilərinin özgə torpaqlar hesabına böyüməsinə çalışır, öz məkrli, alçaq siyasətlərini yerinə yetirərək, regionda sülhün, sabitliyin yaranmamasından ötrü bütün bacarıqlarını ortaya qoyurdular. Daim sülh, qardaşlıq şəraitində yaşadıqları Azərbaycanın müxtəlif dövrlərdə ərazisinə göz dikərək, müxtəlif adlarla, müxtəlif üsullarla torpaqlarımızın müəyyən qismini Azərbaycan torpaqları fonunda qurulmuş Ermənistana birləşdirməyə nail olmuşlar. Elə bunun nəticəsidir ki, 1918-ci ildə 114000 kv.km ərazisi olan Vətənimizin ərazisi 70 il sonra yəni 1988-ci ildə cəmi 86,6 min kvşkm qalmışdı.

Və nəhayət 1988-1994-cü illərdə baş verən terror aktları, Xocalı soyqırımı, torpaqlarımızın işğalı, soydaşlarımızın deportasiya olunması və didərgin salınmasını təkcə Azərbaycan xalqı deyil, bütün dünya ictimaiyyəti unutmamalı, layiqincə qiymət verməlidirlər. Ermənilərin və onların havadarlarının köməyi ilə Azərbaycanın mədəniyyət beşiyi sayılan Qarabağ və digər rayonların işğalı dünya ictimaiyyəti tərəfindən pislənsə də, ikili standartlar verilən qərarları, qəbul olunan qətnamələri yerinə yetirməyə imkan verməmişdir və hələ də torpaqlarımızın 20%-dən çoxu düşmən tapdağı altındadır.

Yalnız XX əsrdə Azərbaycan ərazisində, Azərbaycan xalqının 2,5 milyon nəfərdən çox itki verməsi və didərgin salınması heç bir zaman yaddaşlardan silinməyəcəkdir.

Təkcə azərbaycanlılara deyil, həm də hələ XIX əsrdən kütləvi məskunlaşmağa başladıqları Osmanlı imperiyasına qarşı öz məkrli siyasətlərini yeridən ermənilər I dünya müharibəsi zamanı da öz xəyanətkarlıq xüsusiyyətlərini unutmamışlar. Levon Sarqisyan Osmanlı ərazisindəki erməni kəndlilərinin torpaqsızlıqdan əziyyət çəkmədiyini, tarixçi Stepan Papazyan isə daha irəli gedərək, ermənilərin azadfikirli, xeyirxah Osmanlı dövləti tərəfindən imtiyazlarını göstərir və Osmanlı təbəəliyində olmalarını böyük xoşbəxtlik hesab edir.

Lakin ermənilər bütün yaradılan bu şəraitə qane olmamış və öz nankorluqlarını bir daha nümayiş etdirmişlər və hələ XX əsrin ortalarından başlayan qondarma erməni soyqırımı məsələsi Osmanlılara qarşı yönəldildi. Əsl həqiqətlərdə ermənilərin qıtlıq və yoluxucu xəstəliklər nəticəsində qırılması öz əksini tapmışdır. Məhz erməni tarixçisi Riçard Hovanisyan da bukütləvi ölümün səbəbini təsdiq edərək bu sayın 200000-i ötmədiyini göstərir. Fransız qəzeti “Sunny” bu dövrdəki aclığı daha ətraflı təsvir edərək insanların ölü pişik və itləri yeyərək yaşamasını qeyd edir. Hətta qəzetin müxbirlərindən biri ac qalmış ananın ölmüş uşağının ciyəri və böyrəkləri ilə qidalandığının şahidi olduğunu fakt kimi göstərmişdir. Lakin üstündən 90 ildən artıq bir zaman keçməsinə baxmayaraq, daim “artan” ölülər artıq Türkiyə Cümhuriyyətinə qarşı qaldırılan əsassız iddialardan ən başlıcası sayılır.

Bütün bu iddialar erməni xəstəliyi sindromundan irəli gəldiyini söyləməyə əsas verir və çətin ki bir də bu xəstəliyin çarəsini tapmaq mümkün ola. Elə 1982-ci ildə Moskvada çap olunan Böyük Tibb Ensiklopediyasında özünəməxsus erməni xəstəliyindən bəhs olunaraq qeyd olunur ki, erməni xəstəliyi nisbətən nadir genetik şərtlənmiş xəstəlikdir. Bu xəstəlik xüsüsilə də ermənilərə, əsasən də cinsindən asılı olmayaraq uşaq və yeniyetmə yaşlarından başlanır.

Bütün bu göstərdiyimiz faktlar ermənilərin əsil iç üzünü açmağa imkan verir. Amma bu günkü Azərbaycan gəncliyinin daha da dərindən tədqiqatlar aparmasına və bu yolda öz töhfələrini vermələrinə ehtiyac vardır. Azərbaycan gəncliyi bütün bu gerçəkliyi yalnız öyrənməklə kifayətlənməməli, həm də bu həqiqətləri dünya ictimaiyyətinə çatdırmalıdır.


Hərəkətlər

Information

Cavab qoy

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s




Follow

Get every new post delivered to your Inbox.