Qisas ( hekayə )

27 07 2008

 

 

     Günəş ağır-ağır qürub edirdi. Sanki göy üzünə qan çilənmişdi. Od parçası kimi torpağın yaralı köksünə tökülmüş xəzəllər də qan rəngində idi. Bərk külək əsirdi. Payız küləyi. Ölümün qəhqəhəsi idi, sanki külək.

      Dağ döşündən başlanan meşənin seyrəkliyində, külək əsdikcə budaqları yorğun-yorğun yırğalanan çılpaq ağacın altında bir qoca canavar qulaqlarını  şəkləyib oturmuşdu. Ac heyvanın burun pərdələri titrəyirdi. Qan iyi almışdı. Amma iştahası qaçmışdı. Qorxu içində idi. Hardansa uzaqdan gələn qarmaqarışıq və vahiməli səslər heyvanı, sanki tilsimləmişdi.Yerindən tərpənə bilmirdi. Həmin bu qarmaqarışıq və vahiməli səslər getdikcə fəryada  çevrilirdi. Canavar, sanki duymuşdu ki, o fəryad kəsilmiş başların, əllərin, ayaqların, diri-diri basdırılmış insanların, üst-üstə yığılmış meyitlərin, çürüyən  cəsədlərin fəryadları, ruhların fəryadı, küləyin, torpağın  fəryadıdır!

     Yandırılmış evlərin divarlarından qara tüstü qalxırdı havaya. Yandırılmış  evlərin başına dolanaraq  üsyan edən, narahat ruhların göyə açılmış əlləri kimi ta Allaha doğru  uzanırdı qara tüstü, sonra göyün yaxasından bərk-bərk yapışıb, buluda çevrilirdi, sonra ağlayırdı, ağlayırdı…..

     Qayaların başında yığışırdı qara buludlar. Bəlkə oğul dərdi çəkən və həsrətli-həsrətli gözlərini uzağa zilləyib yol gözləyən qara yaylıqlı analar idi qayalar? Bəlkə əllərini göyə açıb nalə çəkən dağınıq saçlı gəlinlər idi qayalar? Bəlkə “silah götürüb düşmənə bir ovuc torpaq da vermərik” deyən babalar idi, nəvələr idi qayalar? Onların hamısı daşa dönüb vətən torpağının üstündə möhkəm-möhkəm dayanmışdı bəlkə? Qayalar dərd çəkirdi. Vətən dərdi. Kim deyir ki, daş ağlaya bilmir? Düşmən qarşısında başını uca tutmuşdu,

ağlamırdı qayalar. Qayalar yol gözləyirdi. Xilas yolu, qisas yolu. “Ya Qarabağ, ya ölüm!”deyə silah götürmüş əlləri, möhkəm və qəti addımlarla gələn ayaqları, qəzəb və qisas dolu gözləri, “rədd olsun erməni itləri!” deyə qışqıran ağızları, Vətən üçün ağaran saçları, qisas üçün böyüyən körpələri gözləyirdi qayalar. Qayalar bilirdi ki, onlar gələcək, mütləq gələcək.

     Meşə tənha idi, kimsəsiz idi. Bu böyük meşədə o qoca canavardan savayı heç kim qalmamışdı deyəsən.

     Lap yaxınlıqda ikiayaqlı heyvanların sərxoş qəhqəhəsi və ura səsləri eşidilirdi. İblisin zülmətli kölgəsində yığışıb bayram edirdi. Günəş işığından gizlənən o qanadsız yarasalar, o zibillik siçovulları. Ancaq az qalmışdı, günəşin yenidən doğmasına, ölümün və fəlakətin ayaq izləri kimi göy üzünə sancılmış o qara buludların gün işığında əriyib getməsinə, lap az qalmışdı……

     Çılpaq ağacın altında qulaqlarını şəkləyib oturmuş və yerindən tərpənməyən o qoca canavar fikirləşirdi: “Az qalıb.Qisas qiyamətə qalmaz. Ölülərin, dirilərin, daşın, torpağın, göylərin, ulduzların qəzəbinin ayağa qalxmasına az qalıb! Türkün qisasına az qalıb! Torpağın qisasına az qalıb! Ruhların qisasına az qalıb!…”


Hərəkətlər

Information

Cavab qoy

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s




Follow

Get every new post delivered to your Inbox.