Qanadlandı ki, uça

27 07 2008

 

 

Xocalı mələklər rayonudur, çünki orada böyüməyə macal

tapmamış yüzlərlə körpə mələk vəhşicəsinə qətlə yetirilib. 

                                                                       Müəllif

 

Bircə meşəyə çatsaydılar, aman Allahım, özün kömək ol, sən bircə mənə, ana, atama, qardaşlarıma kömək elə, bircə meşəyə çatsaydıq deyə düşünən Firuzə qardaşlarının əlindən möhkəm yapışdı. Balaca Firuz bacısı ilə ayaqlaşmağa çalışsa da, alınmırdı, tez-tez yıxılırdı, olmurdu, amma cınqırını da çıxarmırdı, elə bil uşaqlar da bu vəziyyətdə uşaqlıq eləməyin yersiz olduğunu başa düşürdülər. Onların bu dəhşət, bu faciə başa salırdı, anladırdı. Firuzə az qala uşaqların əlini qopardacaqdı, onları cidd-cəhdlə öz arxasınca aparır, az qala sürüyürdü. Başa düşürdü ki, kənd əhli niyə meşəyə can atır, çünki meşədə gizlənmək daha asan idi, ağaclar onların yeganə ümid, pənah yeri idi. Gecənin bu vaxtında kəndlərinə hücum çəkmiş o qansızlar, o vicdansızlar, onları evlərindən-eşikərindən etmişdi. Heç bilmirdi, ata-anası harada qaldı, axırıncı dəfə bulaqdan 100 metr aralıda onları gördü. Atasının ayağından güllə dəydiyindən anası onun yanında qaldı. “Qurbanın olum, Ağa, dur ayağa, balalarını yetim qoyma, gəl qaçaq, birtəhər tərpən, atasının isə yarıbihuş vəziyyətdə qaç uşaqlarla canını qurtar deməsi, anasını lap kövrəltdi. O, “Firuzə qardaşlarını apar, meşədə görüşərik” bircə bunu deyə bilmədm ki, ana, bəs mən sizi necə qoyum gedim?”. Bircə ona ümid etdim ki, atamın yanında anam var, və bu mənasız, şam işığı qədər zəif ümidlə də onlardan həmişəlik ayrıldıq. O an bilmirdim ki, həmişəlik.

Üzü meşəyə sarı, başıaçıq, ayaqyalın, tək mən yox bütün kənd əhli, qocası, cavanı, qarın üzərində bəxtsiz izlərimizi qoya-qoya, acı taleyimizi yaza-yaza qaçırdıq, həm də inanırdıq ki, meşəyə çatacağıq. Arxamızdan qovan amansız ermənilərə, ondan da amansız soyuq güllələrinə tuş gəlməyəcəyik. Bir qədər uzaqlaşmışdıq, sonuncu dəfə çönüb, kəndimizə və anamla, atamı qoyduğum yerə baxdım. Onları görmədim, yəqin harda isə daldalana biliblərmiş, bəlkə  də belə deyildi, sadəcə mən buna inanmaq istərdim. Nəhayət, meşəyə çatdıq, amma kaş çatmayaydıq. Heç bir kənd əhli bilmirdi ki, bu an meşə qurbanını gözləyən əjdaha kimidir, insanları bir-bir həzmi-rabedən keçirməyə hazırlaşır. Bilmirdik ki, talesiz insanlardan qisasını meşə də almağa hazırlaşır, nəyə görə yaxşı qonşu olduğumuza, insanpərvərliyimizə, təmiz mənəviyyata malik olduğumuza görə bizi həyat cəzalandıracaq, cəllad qismində də erməniləri, bədxah qonşularımızı göndərəcək. Bilmirdik ki, minə yaxın əhali bu meşəyə daxil olub, ondan cəmi on üç nəfəri sağ çıxa biləcək, bəzisi yolda mənim qardaşlarım da daxil olmaqla donub qalacaq, bəzisi isə vəhşi heyvanların tükürpədici səsindən qorxudan ürəyi patlayacaq, bəzisi isə yolunu azacaqdı. Yox biz bunların hamısından xəbərsiz idik, amma ümüdlə də meşəyə girdik və ölüm-dirim labirintindən cəmi on üç nəfər sağ çıxdıq. 8 gün meşədə insanlıq halından çıxaraq, hansısa bir kəndə yaxınlaşdıq. Yeməyə çörək yox, çör-çöp, geyinməyə paltar deyil, cındır axtarırdıq. Yaxınlaşdığımız kənd artıq çoxdan qaçıb canını qurtarmış sakinlərsiz boş qalmış yetim evlərdən ibarət idi. Yavaş-yavaş birinci evə yaxınlaşdıq. Qonşumuz Kərim dayı dişləri bir-birinə dəyə, soyuqdan titrəyə-titrəyə “Qızım Firuzə ehtiyatlı ol, dedi, bu sözlər necə də yersiz, biganə səslənirdi, həmin dəqiqə, ata-anasının bircə anda, qardaşlarını isə meşədə qoyub gələn adam  üçün çox təmtəraqlı idi. Bu sözlər, ondan xəbərsiz idik, bu kəndi artıq öz silah ərzaq anbarına çeviriblər, ermənilər, evlərin çoxunda da özləri məskunlaşıblar. Bizi tutmaq sadəcə vaxt məsələsi oldu. Bizi köhnə çəpərin yanında sıra ilə düzdülər, erməni dilində bir az söyəndən, üzümüzə tüpürəndən  sonra silahlarını üzümüzə dayadılar. Axırıncı yadımda qalan mənə silah tuşlayan oğlanın bığ yeri yenicə tərləyən, 15-16 yaşlı bir gənc olması idi, fikrləşdim ki, görəsən mənim yaşıdım olan bu oğlanı bu yaşında hansı səbəb qatil olmağa təhrik edir, özümdə cavab tapdım, onu təhrik eləyən o səbəbdən, mən də ayaqyalın o qatilin hədəfindəyəm. Nədir o səbəb?

Bimirəm, sonuncu kərə gözlərimi göyə gəzdirdim, elə bil, vidalaşmaq istəyirdim, bu kaintla, onsuz da az yaşadım, səni yetərincə sevə bilmədim, məni ermənilər böyüməyə qoymadılar, məni və neçə-neçə mənim tək uşaqları. Göydə bir quş süzürdü, dağlara tərəf uçurdu, deyəsən qartal idi. Bəxtsizliyimə bir baxın, o quş qədər yoxuq, istədiyimiz vaxt pərvazlanıb, uçaq, mən də qanadlandım ki, uçam, uçdum da, çökmüş bədənimdən ruhum uçan tək an.


Hərəkətlər

Information

Tək cavab

24 11 2008
Qarabağsız

“QARABAĞ TORPAĞI”

Bu gecə yuxumda səni görmüşəm,
Gördüm baharına qar ələnibdir.
Ürəyindən axan qanı görmüşəm,
Gördüm xəyalın da güllələnibdir…

Məni xatırladın alayarımçıq,
Qol açıb bağrına basmaq istədin.
Səni unudana sən yazıq-yazıq,
“Oğul, bu vaxtacan hardasan? “ dedin.

Qəlbimi üşütdü titrək nəfəsin,
Varlığım qara bir dərdə büründü.
Bir zaman ruhuma can verən səsin,
İndi qulağımda matəmə döndü…

Bölündük, qürbətin payına düşdüm,
Bağlanıb yollarım, dara bağlıyam.
Sən mənim, mənsə can hayına düşdüm,
Mən necə deyim ki, Qarabağlıyam? !

Çox şeyi unutdum o gündən bəri,
Amma “vətən” adlı yaram sağalmır…
Göz açıb dünyaya gəldiyin yeri,
Beşikdən-qəbrədək unutmaq olmur…

Əzəldən qəlbimə, ruhuma çökmüş,
Qara qorxuları tərk edirəm mən.
Vətənsiz yaşamaq ölüm deməkmiş,
Bunu indi-indi dərk edirəm mən…

O sənli günlərim düşürlər yada,
Qəmli xatirələr durur qəsdimə.
Vətənsiz ölərsəm bir ovucsa da,
Qarabağ torpağı səpin üstümə…

Afiq Ağdami

Cavab qoy

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s




Follow

Get every new post delivered to your Inbox.