
Odlar Yurdu Azərbaycan öz qədim tarixi kökləri ilə bundan neçə-neçə əsr əvvəllərə söykənən bir diyardır. Buna hələ indi də dəqiq yaranma tarixi bəlli olmayan qədim ədəbiyyat nümunələrimizi tez-tez bədxah qonşularımız tərəfindən hücuma məruz qalan musiqilərimizi, 20%-i işğal altında olan Dağlıq Qarabağı misal göstərmək olar. Vətənimizin ən adi daş parçasının belə yüzillərə söykənən bir tarixi vardır. Hər bir xalqın taleyini, keçmişini, inkişafını öyrənmək üçün isə nəinkibu daşın özü,hətta onun adı da həddindən artıq çox şey deyir.Lakin çox təəssüf ki, bu adlar da, toponimlər də zaman-zaman yadelli işğalçıların hücumuna məruz qalaraq saxtalaşdırılır, ruslaşdırılır və erməniləşdirilir.Amma tarix faktlara əsaslanır, o nə qədər pərdələnsə də həqiqət araşdırılır və üzə çıxarılır.
Dəqiq araşdırılmış faktlar sübut edir ki, XIX əsrin əvvələrinə kimi indi Ermənistan adlanan ərazinin toponimlərinin əksəriyyətini türk mənşəli toponimlər təşkil edirdi.Lakin işğalçı erməni xalqı başqa şəhərlərdə yaşayan erməniləri Qafqaza, xüsusilə İrəvan xanlığına köçürməklə ərazinin milli tərkibini öz xeyirlərinə dəyişdirməyə çalışdılar. Onlar bununla kifayətlənməyərək köçdükləri yerlərin adlarını, tarixlərini də dəyişdirməyə çalışaraq, xalqımızı mənəvi soyqrıma da məruz qoydular.
Bu siyasət Azərbaycanı iki hissəyə parçalayan Türkmənçay müqaviləsindən (1828-ci il 10 fevral) başlayaraq daha geniş şəkil aldı. Əslində bu bir xalqın izini, tarixini məhv etmək üçün istifadə olunan düşünülmüş, ən məkrli cinayət növüdür. Buna misal olaraq indiki Ermənistanda yerləşən Ayrım-Noyemberyan, Polad Ayrım-İcevan, Qaçağan-Spitak, Qanlı-Vardenis və s. bu kimi yüzlərlə kənd və rayon adları (İbrahim Bayramov. Qərbi Azərbaycan toponimlər sistemi, səh.335).
İndiki Ermənistanda türk mənşəli toponimlərin dəyişdirilməsini aşağıdakı dövrlərə bölmək olar.
1.19-cu əsrin əvvəllərindən 1918-ci ilə qədər dəyişdirilən toponimlər
2.1918-1920
3.1920-1930
4.1930-1960
5.1960-1980
6.1991-ci ildən sonra dəyişdirilənlər (İ.Bayramov. Qərbi Azərbaycan toponimlər sistemi,səh.335).
İlk addəyişdirmə 1801-ci ildə baş vermişdir. Addəyişmənin I dövründə türk mənşəli adlar rus mənşəli toponimlərlə əvəz edilmişdir. Bu da ərazinin Rusiya tərəfindən işğalı və oraya rusların kütləvi şəkildə köçürülməsi ilə bağlıdır.
İlk dəyişdirilən ad Calaloğlu (Stepanovan) rayonundakı Qaraməhəmməd kəndinin adının dəyişdirilib Aleksandrovka qoyulması ilə başlayıb (İ.Bayramov,səh.335-336).
Tariximizin 1918-20-ci illərə aid səhifələri xalqımızın başına gətirilən erməni müsibəti, erməni genosidi ilə bütün dünyaya məlumdur. Bakıda, Şamaxıda, Qubada, Naxçıvanda, indiki Ermənistanda Şaumyanların, Lalayanların başçılığı ilə minlərlə azərbaycanlı qətlə yetirildi. Onlar xalqımızı soyqırıma məruz qoyduqları kimi, qədim tarixi abidələri, binaları yamdırmaqla və yenidən addəyişməni davam etdirməklə mənəvi soyqırımı da davam etdirdilər. 1918-1920-ci illərdə dəyişdirilən indiki Ermənistan ərazisindəki türk mənşəli adlar:
| Yaşayış məntəqəsinin qədim adı | Dəyişdirilmiş yaşayış məntəqəsinin yeni adı | Rayon | Adının dəyişdirildiyi tarix |
| Molla Dursun | Şaumyan | Eçmiədzin | 1920 |
| Yuxarı Ağdam | Qanzakar | İcevan | 1920 |
| Tamamlı | Burastan | Artaşat | 1920 və s. |
(İ.Bayramov.Qərbi Azərbaycan toponimlər sistemi,səh.338).
1930-60-cı illərdə dəyişdirilən toponimlər; Addəyişmə 1935-ci ildə müvəqqəti təxirə salınıb. Lakin 1935-ci il yanvarın 3-dən isə bu iş yenidən başlamış və Ermənistan SSRİ Ali Soveti Rəyasət Heyəti ilk fərmanı imzalamışdır və ilk fərmanla 29 rayonda 72 türk toponimi dəyişdirilərək mənəvi soyqırım qurbanı olmuşdur. (İ.Bayramov,səh.339-340).
| Yaşayış məntəqəsinin qədim adı | Dəyişdirilmiş yaşayış məntəqəsinin yeni adı | Rayon | Dəyişdirilmə tarixi |
| Qızıl kilsə | Karmiravan | Qukasyan | 03.01.1935 |
| Böyük kəpənək | Musaelyan | Axuryan | 03.01.1935 |
| Künən | Getaşen | İcevan | 03.01.1935 |
| Boğaz kəsən | Dzorakan | Ani | 03.01.1935 |
| İtquan | Gülüstan | Əzizbəyov | 03.01.1935 |
(İ.Bayramov,səh.340-341).
1991-ci ildən sonra dəyişdirilən toponimlər:
Vətənimizin ayrılmaz hissəsi olan Dağlıq Qarabağ və onun ətrafında baş verən hadisələrlə bağlı Ermənistanda yaşayan azərbaycanlılar 1988-89 -cu illərdə SSRİ dövlətinin birbaşa köməyi və yardımı ilə öz tarixi etnik torpaqlarından deportasiya olundular (İ.Bayramov, səh.363). Ermənistan Respublikasının prezidentinin 19 aprel 19991-ci il tarixli fərmanı ilə 1988-89-cu ilə qədər azərbaycanlılar yaşamış 16 rayonda 90 türk mənşəli toponimlər dəyişdirilərək erməniləşdirilmişdir. (İ.Bayramov,səh.364).
| Qədim adı | Yeni adı | Rayon |
| Bahar | Artunk | Vardenis |
| Qaraqala | Noramud | Kalinino |
| Qoncalı | Zarişad | Amasya |
| Gülüstan | Nor Aznabert | Vayk(Əzizbəyov) |
| Gümüş | Karenis | Razdan və s. |
İndiki Ermənistanda 1992-ci ildə sonuncu azərbaycanlı kəndi -Meğri rayonundakı Nüvədi kəndinin əhalisi qovulmuşdur. 1994-cü ildə də Ermənistan Respublikasının prezidentinin fərmanı ilə Nüvədi kəndinin adı dəyişdirilib Nonadzor qoyulmuşdur(İ.Bayramov,səh.366).
Bütün bunlardan əlavə elə kənd və şəhər adları vardır ki, bunu mənfur erməni daşnakları bir dəfə deyil, hətta bir neçə dəfə saxta dəyişikliyə maruz qoymuşlar, bununla da əsl həqiqəti bir neçə dəfə pərdələmək istəmişlər.
| Kəndin qədim adı | I dəfə dəyişdirilmiş adı | Fərmanın tarixi | II dəfə dəyişdirilmiş adı | Fərmanın tarixi | Rayon |
| Paşalı | Əzizbəyov | 03.01.1935 | Zaritap | 08.07.1957 | Əzizbəyov(Vayk) |
| Cənnətli | Zovaşen | 02.03.1940 | Lancazat | 21.10.1967 | Qəmərli(Artaşat) |
Ermənilərin türklərin, xüsusilə də azərbaycan türklərinin başlarına açdıqları oyunlar yalnız adların, toponimlərin dəyişdirilməsi ilə deyil, həyatımızın istənilən sahəsi ilə bağlıdır. Lakin onlar bu saxtakarlıqları etməklə deyil, bunu bütün var gücləri ilə dünya əhalisinə çatdırmaqla məşğuldurlar. Əsl həqiqəti bilməyən xalqlar isə istər-istəməz erməni hiyləsinə,erməni yalanına qurban olurlar. Sizə göstərdiklərimiz erməni saxtakarlığının dənizdən bir damla kimi olan hissəsidir.
Bu yazıda İbrahim Bayramovun ”Qərbi Azərbaycan topnimlər sistemi; 2005″ kitabından və onun da istifadə etdiyi materiallardan bəhrələnmişik.
İskəndərova Gülnur


Ən son şərhlər