
Bir gün axşam çağı,isti bir yuva ,
Ana körpəsini tutub qucaqda .
Balaca hey içir ana südündən,
Təbəssüm yaşadır ana dodaqda .
Ana elə qucub körpə balasın,
Sanki həyatını qucaqlayıbdı.
Hərdən yanağından bir öpüş alıb,
Kədəri,qüssəni alaqlayıbdı.
Soyuq fevral ayı,qış gecəsidi.
Ağ -qara bürünüb həyət,çöl,bayır,
Körpəsə bu isti ana qucağın
Dünyanın ən isti yuvası sayır.
Yatdırır öz körpə fidan balasın,
Hərdən bir bağlanır gözü,unudur,
Ana həzin səslə laylay söyləyir,
Hərdən mürgüləyir,sözü unudur.
Nəfəsi bir alıb bir buraxırlar,
Birlikdə döyünür ürəklər belə,
Nə gözəl mənzərə,tamaşasına,
Göydən yerə enmiş mələklər belə.
Şeytanlar da gəlib,xəbərləri yox,
Şəhəri ölümlə sarıyacaqlar.
Ana hardan bilsin,bir az keçəcək,
Onu balasından ayıracaqlar.
Bir işıq göründü göylərdə,ana
Diksindi,körpənin biləyin tutdu,
Sonra sandı göydən ulduzdu axan
Kövrək ürəyində diləyin tutdu.
Bu ulduz deyildi,bu bir od idi,
Düşüb bir şəhəri yandıracaqdı.
İllər ötüşəcək,böyük bir xalqa,
Bu alov soyqırım andıracaqdı.
Birdən bir gurultu qopdu uzaqda,
Sonradan bir daha,bir də,yenə də,
Elə partlayırdı,sükunət üçün
Macal verməyirdi heç bir dənə də.
Gələnlər şeytandı,yoxsa ki vampir,
Hər biri susayıb,qan harayında,
Əvvəl bir məhlədə qalan qonşular,
İndi qaçhaqaçda,can harayında
Bir ata,bir ana,bir də ki körpə,
Düşdülər soyuqda çölün düzünə,
Bürüyüb körpəni ana şalıyla,
Ki külək vurmasın onun üzünə.
Ata həyəcanlı,çün ürəyində,
Ana,qucağında körpənin dərdi,
O idi ailənin dirəyi,amma,
Vətən eşqi onu geri döndərdi.
Güllə atırdılar anaya sarı,
XUDA!İnsan nə cür qudurmuş idi?!
Qorxudan süzülən göz yaşlarını,
Ana yanağında don vurmuş idi.
Sanki bir yuxuydu,dəhşətli yuxu,
Çöllərdə bir ana,qucaqda bala,
Nəmli gözləri ilə ərini gəzdi,
Görmədi!Duruxdu!Qalmışdı dala.
Türkün bayrağına boyanmış idi,
Deşmişdi qəlbini düşmən gülləsi,
Ata ölüb.Susdu hər yanda səslər,
Ucaldı göylərə ana naləsi.
Bu əli silahlı çaqqal sürüsü,
Görən bir igidə nə cür nə qıydı?!
Duruxub qalmışdı ana yerində,
Amma körpəsiyçün yaşamalı idi.
Yenə körpəsini sıxdı bağrına,
Ananın soyuqdan don vurmuş əli,
Axı qucağında can gəzdirirdi,
İrəli,irəli,ancaq irəli…
İndi ana idi çaqqal şikarı,
Görəsən bu nə cür iştaha idi,
Tək ana,qucaqda körpə balası,
Son ana ümidi ALLAHA idi.
Yayına bilmədi çaqqal gözündən,
Sağa tərəf qaçdı,sola sığındı,
Axırda yoruldu,düşdü təhərdən,
Çəkilib bir yana kola sığındı.
Gəlib yayıldılar dörd bir tərəfə,
Hər yanda çaqqallar ulaşırdılar,
Görüb ana ilə ölüm səhnəsin,
Göydə ulduzlar da alışırdılar.
Bir yanda tək ana,bir yanda ölüm,
Buz bağlamış bu çöl meydan kimiydi,
Ağzı leş qoxulu çaqqal sürüsü,
Ana kol dibində dovşan kimiydi.
Bir çaqqal süzürdü qarlı yolları,
Gözünə bir ayaq izi sataşdı,
Baxdı kol tərəfə,yaxına gəldi,
Tənha ana gördü,gözü qamaşdı.
Çaqqal göüməmişdi körpə balanı,
Ana duasıyla sadağa verdi,
Qoydu körpəsini kolun dibinə,
Qalxdı,öz sinəsin qabağa verdi.
Göydə ulduzlar da görməmiş idi,
Kainat üzünün kabusun belə,
Qana qərq etməklə doymadı çaqqal,
Korladı ananın namusun belə.
Çöldə bir ananın namus səhnəsi,
Bir ALLAH,bir ulduz,bir ay bilirdi,
Ana fəryadını,ana harayın,
Körpə ağlayırdı,laylay bilirdi.
Taxdı baxışların göylərə sarı,
Körpəyə xilası ALLAHDAN umdu,
Son dəfə boylandı can parçasına,
Dünyaya gözünü əbədi yumdu.
Körpə sanki duydu ana ölümün,
Qəlbində yetimlik qalasın hördü,
Dözmədi bu dərdə coşdu,ağladı,
Çaqqal kola baxdı,körpəni gördü.
Bu nə cür xilqətdir,bu nədir belə?!
Nə həya eylədi,nə ar eylədi,
Onu alçaqlığı,vicdansızlığı,
Körpə ölümünə vadar eylədi.
İstədi yandırsın körpə balanı,
Ağladı,ucaldı təbiət səsi,
Doladı körpənin başına rezin,
Budur alçaqlığın son səviyyəsi.
Boynunun altında düyün vurmağı,
Körpə sandı onu güldürmək üçün,
Gülərək toxundu düşmən əlinə,
Bilmədi uzanıb öldürmək üçün.
Körpəyə əlində kibrit dənəsin,
Nədən izin verdi XUDA,tulladı?
Bir körpə üzünü yandırmaq ilə,
Özü öz ruhunu oda tulladı.
Göylər də,yerlər də,dağ-dərələr də,
Ağladı körpənin ah-naləsinə,
Görəsən nədəndi çaqqal ürəyi,
Zərrəcə əsmədi körpə səsinə?!
İLAHİ əmr etdi bəşəriyyətə,
Nur saldı,körpənin yanmadı üzü,
Bu böyük möcüzə qarşısındakı,
Çaqqalın qorxudan bərəldi gözü.
Həmən möcüzənin məna,hikməti,
Nə yerə sığmadı,nə də ki göyə,
Yanmadı,ki çaqqal yadda saxlasın,
Ölüncən ruhuyla sızlasın deyə.
Gör necə dəhşətli səhnədir,XUDA,
Nəfəssiz bir ana,yanda balası,
ALLAH tanımayan belələrində,
Nə cür dərin imiş vicdan çalası.
Birdən dan yerində şəfəq göründü,
Bu yeni səhərə işarə idi,
Körpə simasında incə təbəssüm,
Bəlkə də zəfərə işarə idi.
O çaqqal sürüsü,siz deyin niyə,
Dağılıb bir yana qaçdı hərəsi,
Günəş al qırmızı-TÜRKÜN BAYRAĞI
Yayıldı cahana bozqurdun səsi!
Ən son şərhlər